BƏHRUZ KƏNGƏRLİ MUZEYİNİN YARADILMASI HAQQINDA NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
2002-ci ilin yanvarında istedadlı rəssam Bəhruz Kəngərlinin anadan olmasının 110 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixli Sərəncamına əlavə olaraq Bəhruz Kəngərli irsinin toplanması, daha geniş öyrənilməsi və anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq qərara alıram:
1. Naxçıvan şəhəri, Atatürk küçəsi 17-də yerləşən ikimərtəbəli arxitekturalı binada (Naxçıvan Тibb Мəktəbinin yerləşdiyi bina) Bəhruz Kəngərlinin muzeyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 22 may 2001-ci il