Ağac kölgəsində dayanmış oğlan
  Bəhruz Kəngərli “Ağac kölgəsində dayanmış oğlan” Kağız, sulu boya. Ölçüsü:14x13.7 sm. Əsərdə əlində çubuq, başında papaq ağaca söykənmiş təqribən 16 yaşında oğlan təsvir olunub. Əsərdə əsasən qəhvəyi rənglərdən istifadə olunub
Antik fiqur
  Bəhruz Kəngərli “Antik fiqur” Kağız, kömür. Ölçüsü: 430x640 mm. Əsərdə antik heykəl təsvir olunub. Sol qolunun bir hissəsi təsvir olunmayıb. Antik əsərdir.
Antik heykəl
Bəhruz Kəngərli “Antik heykəl” Kağız, kömür. Ölçüsü:640x330 mm. Əsər 1914-cü ildə çəkilib. Əsərdə ayaq üstə durmuş heykəl təsvir olunub. Akademik əsərdir.
Antik heykəl
Bəhruz Kəngərli “Antik heykəl” Kağız, kömür. Ölçüsü: 590x380 mm. 1913-cü ildə çəkilib.Əsərdə bir qolu başının arxasında, bir qolu isə sinəsində olan heykəl təsvir olunub.
Avtoportret
Bəhruz Kəngərli “Avtoportret” Kağız, sulu boya. Ölçüsü : 220 x 160 mm. Əsər 1921- ci ildə çəkilib. Rəssam özünü qara geyimdə , yan tərəfə baxarkən çəkib.
Avtoportret
Bəhruz Kəngərli “Avtoportret” Kağız, sulu boya. Ölçüsü:11x8.5 sm. Əsər 1920-ci ildə çəkilib. Rəssam başında naxışlarla bəzədilmiş araxçınla öz portretini çəkmişdir.
Baş əzələləri
Bəhruz Kəngərli “Baş əzələləri” Kağız, kömür. Ölçüsü: 400 x 280 mm. Əsər 1913-cü ildə çəkilib. Kişi başının əzələləri təsvir olunub. Akademik əsərdir.
Başı yaylıqlı qız
  Bəhruz Kəngərli “Başı yaylıqlı qız”. Kağız, qələm. Ölçüsü : 15.2 x 10.3 sm Əsər 1922- ci ildə çəkilib. Əsərdə saçı yana ayrılmış ,başında yaylıq olan təqribən 16-17 yaşlarında qız təsvir olunub. Əsər portret janrında çəkilib.
Çoban sürüsü ilə
Bəhruz Kəngərli “Çoban sürüsü ilə” Kağız, sulu boya. Ölçüsü:11.8x9.2 sm. Əsər 1921-ci ildə çəkilib. Əsərdə düzənlikdə çoban və bir neçə qoyun təsvir olunub. Arxa fonda Haçadağ, buludlu səma görsənir. Əsərdə əsasən yaşıl rənglərdən istifadə olunub.
Dizi üstündə oturmuş oğlan
  Bəhruz Kəngərli “Dizi üstündə oturmuş oğlan” Kağız, sulu boya.  Ölçüsü:13x19 sm. Əsərdə xarabalığa çevrilmiş bir yerdə oturmuş, başında papaq, yan tərəfə asılmış çantası olan ayaqyalın oğlan təsvir olunub. ”Qaçqınlar silsiləsi”nə aiddir.
Eskiz
Bəhruz Kəngərli “Eskiz” Kağız, qələm. Ölçüsü:31.5 x 20.5 sm Əsər 1913-cü ildə çəkilib. Əsərdə biri öndə biri isə arxada əyləşmiş iki qadın təsvir olunub.
Gipsdən hazırlanmış baş
Bəhruz Kəngərli “Gipsdən hazırlanmış baş” Kağız, kömür.  Ölçüsü: 325x460 mm. Əsər 1913-cü ildə çəkilib. Akademik əsərdir.
Gənc oğlan portreti
Bəhruz Kəngərli “Gənc oğlan portreti” Kağız, tuş. Ölçüsü: 750x620 mm. Əsər 1921-ci ildə çəkilib. Təqribən 22-24 yaşlarında oğlan təsvir olunub. Əsər portret janrında çəkilib.
Gənc qadın portreti
  Bəhruz Kəngərli “Gənc qadın portreti” Kağız , sulu boya. Ölçüsü: 13x11 sm. Əsər 1920-ci ildə portret janrında çəkilib. Əsərdə başında örpək olan 19-20 yaşlarında qız təsvir olunub.
Kişi kitab ilə
Bəhruz Kəngərli “Kişi kitab ilə” Kağız, sulu boya. Ölçüsü:10.5x75 sm. Əsər 1921-ci ildə çəkilib.Əsərdə başında papaq oturaraq kitab oxuyan kişi təsvir olunub.
Kişi portreti
  Bəhruz Kəngərli “Kişi portreti” Kağız, kömür. Ölçüsü:540 x 390mm. Əsər 1913-cü ildə portret janrında çəkilib. Əsərdə ağ saçlı, qara geyimli yaşlı kişi təsvir olunub. Qrafik üslubda çəkilib.
Kişi portreti
Bəhruz Kəngərli “Kişi portreti” Kağız, sulu boya. Ölçüsü: 6 x 4.8 sm Əsərdə başında qara papaq, yaşıl arxalıq geyinmiş yaşlı kişi təsvir olunub. Əsər portret janrında çəkilib.
Kişi portreti
Bəhruz Kəngərli “Kişi portreti” Kağız, sulu boya. Ölçüsü: 10.4 x 6.5 sm Əsər 1919 – cu ildə portret janrında çəkilib. Əsərdə başında papaq , milli geyimdə olan yaşlı kişi təsvir olunub.
Kişi portreti
Bəhruz Kəngərli “Kişi portreti” Kağız, kömür. Ölçüsü: 535 x 380 mm. Əsər 1914-cü ildə portret janrında çəkilib. Əsərdə başında qara papaq və qara geyimdə olan kişi təsvir olunub.Qrafik üslubda çəkilib.
Kişi portreti
Bəhruz Kəngərli “Kişi portreti” Kağız ,sulu boya.Ölçüsü : 150x100 mm. Əsərdə əynində boz paltar , başında boz papaq olan təxminən 22-23 yaşlı kişi təsvir olunub.
Laakoon
Bəhruz Kəngərli “Laakoon” Kağız, kömür. Ölçüsü :430x640 mm. Əsərdə iki qolu olmayan heykəl təsvir olunub.
Minarəsi dağıdılmış məscid
Bəhruz Kəngərli “Minarəsi dağıdılmış məscid” Kağız, sulu boya. Ölçüsü :23x18 sm. Əsərdə bir minarə və kümbəzdən ibarət məscid təsvir olunub. Məscidin minarəsi top atəşindən dağıdılıb. Əsasən qəhvəyi və mavi rənglərdən istifadə olunub.
Möminə Xatun türbəsi
Bəhruz Kəngərli “Möminə Xatun türbəsi” Kətan, yağlı boya. Ölçüsü:33x30 sm. Əsərdə 1920-ci ildə çəkilib. Əsərdə Möminə Xatun türbəsi mavi səma fonunda , yaxınlığında yerləşən kiçik evlər də təsvir olunub. Əsər tarixi abidələr janrında çəkilib.
Mənzərə
  Bəhruz Kəngərli “Mənzərə” Kağız , sulu boya. Ölçüsü:11.2x6.2 sm. Əsər 1921-ci ildə çəkilib. Əsərdə arxa tərəfdə hündür dağlar, sağ tərəfdə isə yaşıl ağaclar təsvir olunub. Əsər mənzərə janrındadır.
Mənzərə ag ev
  Bəhruz Kəngərli “Mənzərə” Kağız , sulu boya. Ölçüsü: 6.5x4.5 sm. Əsər 1919 –cu ildə mənzərə janrında çəkilib. Əsərdə kiçik ağ ev və qarşısında ağaclar təsvir olunub.  
Mənzərə yasil ev
  Bəhruz Kəngərli “Mənzərə” Kağız, sulu boya. Ölçüsü: 11x8.5 sm. Əsərdə arxa fonda dağ, qarşıda isə yaşıl düzənlik olan ev təsvir olunub. 1921-ci ildə çəkilib.  
Namaz
  Bəhruz Kəngərli “Namaz” Kağız, sulu boya. Ölçüsü: 17.5x24 sm. Əsər 1915-ci ildə çəkilib.Əynində qəhvəyi geyim olan və namaz qılan kişi təsvir olunub.  
Naxçıvan gözəli
  Bəhruz Kəngərli “Naxçıvan gözəli” Kağız, sulu boya. Ölçüsü: 15x12 sm. Əsərdə zəngin sosial zümrəyə məxsus bir xanımın obrazı canlanır. Xanımın əynində naxışlarla bəzənmiş milli geyim, üzərində gərdanlıq, alınlıq, çəçih kimi zinət əşyaları mövcuddur. Əsər portret janrında çəkilib.  
Naxçıvan toyu
  Bəhruz Kəngərli “Naxçıvan toyu” Kağız , sulu boya. Ölçüsü:38.5 x 25 sm 1914-cü ildə çəkilmişdir. Bəhruz Kəngərlinin “Naxçıvan toyu” adlı rəsm əsəri milli  adət - ənənələrimizin qorunub –yaşadılması baxımından qiymətlidir. Burada milli kolorit , xalqımızın XX əsrin əvvəllərinə aid geyim mədəniyyəti, Naxçıvanda fəliyyət göstərmiş musiqi qrupları, otağın quruluşu ustalıqla təsvir  olunmuşdur. “Naxçıvan toyu” əsəri Bəhruz Kəngərlinin yaradıcılığında çoxfiqurlu yeganə kompozisiya olmaqla bərabər , həm də sulu boya ilə işlənmiş ən böyük formatlı əsəridir.  
Naxçıvanda abidə
Bəhruz Kəngərli “Naxçıvanda abidə” Kağız, sulu boya. Ölçüsü:11x8.5 sm. Əsər 1921-ci ildə çəkilib. Əsərdə kümbəzli bir pir təsvir olunub. Əsər tarixi abidələr janrına aiddir.
Naxçıvanda sərdabə
  Bəhruz Kəngərli “Naxçıvanda sərdabə” Kətan ,yağlı boya.  Ölçüsü : 34.5 x 25 sm Əsərdə əsasən yaşıl və göy rənglərdən istifadə olunub. Sərdabənin üzərində künbəz təsvir olunub. Tarixi abidələr janrına aiddir.
Nuhun qəbri
  Bəhruz Kəngərli “Nuhun qəbri” Kətan, yağlı boya.Ölçüsü : 34.5x25 sm Əsərdə Nuhun qəbri təsvir olunub. Sərdabənin kiçik giriş qapısı görsənir, əsasən qəhvəyi və yaşıl rənglərdən istifadə olunub.Əsər tarixi - abidələr janrına aiddir.  
Oğlan portreti
  Bəhruz Kəngərli “Oğlan portreti” Kağız, sulu boya. Ölçüsü: 7.2x4.8 sm. Əsərdə təqribən 12-13 yaşlarında , ağ köynəkli oğlan təsvir olunub.
Oğlan surəti
  Bəhruz Kəngərli “Oğlan surəti” Kağız, sulu boya. Ölçüsü:950x750 mm. Əsər 1921-ci ildə portret janrında çəkilib.Əsərdə başında papaq , tünd yaşıl geyimli təqribən 13-14 yaşlarında oğlan təsvir olunub.  
Oğlan surəti
  Bəhruz Kəngərli “Oğlan surəti” Kağız, tuş. Ölçüsü: 950x650 mm. Əsər 1921-ci ildə portret janrında çəkilib. Əsərdə başında qara papaq, qara geyimli təqribən 14-15 yaşlarında oğlan təsvir olunub.  
Oturmuş oğlan
  Bəhruz Kəngərli “Oturmuş oğlan” Kağız, qələm. Ölçüsü:11x8.5 sm. Əsər 1922-ci ildə çəkilib. Əsərdə 9-10 yaşlarında oğlan təsvir olunub. Portret janrına aiddir.  
Oturmuş qız
  Bəhruz Kəngərli- “Oturmuş qız”. Kağız , sulu boya.Ölçüsü: 17.8x12.8 sm   Əsərdə təqribən 18-19 yaşlarında başında yaylıq, oturmuş qız təsvir olunub. Əsər  rəssamın “Qaçqınlar” silsiləsinə aiddir
Ov itləri
  Bəhruz Kəngərli “Ov itləri” Kətan , yağlı boya. Ölçüsü: 31 x 21.5 sm. Əsərdə iki ov iti və onların qarşısında öldürülmüş ov təsvir olunub. Əsərdə əsasən narıncı, qəhvəyi və boz rənglər üstünlük təşkil edir. Əsər animalist üslubdadır.  
Papaqlı oğlan qəhvəyi
  Bəhruz Kəngərli “Papaqlı oğlan” Kağız. sulu boya. Ölçüsü:13.5x10.5 sm. Əsərdə başında papaq, oturmuş oğlan təsvir olunub. Qəhvəyi rənglərdən istifadə olunub. Əsər rəssamın “Qaçqınlar silsiləsi”nə aiddir.  
Qaçqın
  Bəhruz Kəngərli “Qaçqın” Kağız, sulu boya. Ölçüsü:17x11.2 sm. Əsər 1912-ci ildə çəkilib. Portret janrında çəkilib.Əynində köhnə geyim, başında yaylıq təsvir olunmuş qız “Qaçqınlar silsiləsi”nə aiddir.
Qaçqın oğlan
  Bəhruz Kəngərli “Qaçqın oğlan” Kağız, sulu boya. Ölçüsü:21.5x13.7 sm Əsər 1921-ci ildə çəkilib. Əsərdə ayaq üstə, köhnə, cırılmış paltarda, başında papaq, ayaqyalın  təqribən 17-18 yaşlarında oğlan təsvir olunub.Əsər rəssamın “Qaçqınlar silsiləsi”nə aiddir.  
Qaçqın qız
  Bəhruz Kəngərli “Qaçqın qız” Kağız , sulu boya. Ölçüsü: 16x11 sm. Əsər 1920-ci ildə çəkilib. Başında ağ örtük olan təqribən 16 yaşlı qız təsvir olunub. “Qaçqınlar silsiləsi”nə aiddir.  
Qaçqınlar
  Bəhruz Kəngərli “Qaçqınlar” Kağız, sulu boya. Ölçüsü: 23x15.5 sm. Əsər 1921-ci ildə çəkilib. Əsərdə əyinlərində köhnə paltar, ayaqyalın iki qaçqın təsvir olunub. “Qaçqınlar silsiləsi”nə aiddir.
Qaçqınlar kisi
  Bəhruz Kəngərli “Qaçqınlar” Kağız, sulu boya. Ölçüsü:16x13.5 sm. Əsərdə dağılmış evlərin fonunda oturmuş qadın və kişi təsvir olunub. “Qaçqınlar silsiləsi”nə aiddir.  
Qadın portreti
  Bəhruz Kəngərli “Qadın portreti” Kağız, kömür. Ölçüsü:540x420 mm. Əsər 1914- cü ildə çəkilib. Əsərdə ağ geyimdə qadın təsvir olunub. Akademik əsərdir.  
Qara geyimli oğlan portreti
  Bəhruz Kəngərli “Qara geyimli oğlan portreti” Kağız, sulu boya. Ölçüsü: 70x50 sm. Əsərdə qara geyimdə 17-18 yaşlarında oğlan təsvir olunub.  
Qırmızı arxalıqlı qız
  Bəhruz Kəngərli “Qırmızı arxalıqlı qız” Kağız, sulu boya. Ölçüsü:13.5x10.5 sm. Əsərdə əynində qırmızı arxalıq , başında yaylıq təsvir olunmuş qız təsvir olunub. “Qaçqınlar silsiləsi”nə aiddir.  
Qırmızı köynəkli oğlan
  Bəhruz Kəngərli “Qırmızı köynəkli oğlan” Kağız, sulu boya. Ölçüsü:15x10 sm. Əsərdə əynində qırmızı köynək, başında qara papaq təxminən 16 yaşında oğlan təsvir olunub.  
Qız portreti
  Bəhruz Kəngərli “Qız portreti” Kağız, sulu boya. Ölçüsü:70x50 mm. Əsər 1918-ci ildə portret janrında çəkilib. Əsərdə qara geyimdə təqribən 15 yaşında qız təsvir olunub.  
Qız portreti
  Bəhruz Kəngərli “Qız portreti” Kağız, sulu boya. Ölçüsü:7.8x11.5 sm. Əsərdə başında yaylıq olan , təqribən 17-18 yaşlarında qız təsvir olunub. Portret janrında çəkilib.  
Qız surəti
  Bəhruz Kəngərli “Qız surəti”  Kağız , qələm. Ölçüsü: 20x15.2 sm. Əsərdə təqribən 13-14 yaşlarında qız təsvir olunub. Əsər 1922-ci ildə portret janrında çəkilib.
Qocanın başı
  Bəhruz Kəngərli “Qocanın başı” Kağız , kömür. Ölçüsü: 445x370 mm. 1914-cü ildə çəkilib. Əsərdə ağ saçlı , ağ saqqallı kişi təsvir olunub. Akademik əsərdir.
Qovaq ağacları ilə mənzərə
  Bəhruz Kəngərli “Qovaq ağacları ilə mənzərə” Kağız , sulu boya.  Ölçüsü: 11.8x9.3 sm. Əsər mavi səma fonunda hündür qovaq ağacları təsvir olunub, mənzərə janrında çəkilib. Əsərdə əsasən yaşıl rənglərdən istifadə olunub.  
Tərk edilmiş ev
  Bəhruz Kəngərli “Tərk edilmiş ev” Kağız, sulu boya. Ölçüsü: 16x10.5 sm. Əsərdə fonda dağlar və ağaclar əhatəsində tərk edilmiş ev təsvir olunub. Əsərdə əsasən qəhvəyi və yaşıl rənglərdən istifadə olunub.  
Uşaq surəti
  Bəhruz Kəngərli “Uşaq surəti” Kağız, sulu boya. Ölçüsü: 100x80.2 mm. Əsər 1921-ci ildə çəkilib. Əsərdə 4-5 yaşlarında , əynində qara xətli geyim olan yatmış uşaq təsvir olunub.
Uşaq surəti
  Bəhruz Kəngərli “Uşaq surəti” Kağız , sulu boya. Ölçüsü: 650x500 mm. Əsər 1921-ci ildə çəkilib. Əsərdə təqribən 2-3 yaşlarında uşaq təsvir olunub.
Uşaq surəti
  Bəhruz Kəngərli “Uşaq surəti”  Kağız, qələm. Ölçüsü:15.2 x 9.7 sm Əsər 1922-ci ildə portret janrındadır. Əsərdə təqribən 10-12 yaşlarında oğlan təsvir olunub.  
Yatmış uşaq
  Bəhruz Kəngərli “Yatmış uşaq” Kağız, qələm. Ölçüsü:890x90mm. Əsər 1916-ci ildə çəkilib. Əsərdə təqribən 2-3 yaşlarında başında ağ papağı olan yatmış uşaq təsvir olunub.  

.

010909
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
18
50
490
2073
10909

Tarix: 20-05-2019