Bəhruz Kəngərli “Naxçıvan toyu” Kağız , sulu boya. Ölçüsü:38.5 x 25 sm
1914-cü ildə çəkilmişdir. Bəhruz Kəngərlinin “Naxçıvan toyu” adlı rəsm əsəri milli adət - ənənələrimizin qorunub –yaşadılması baxımından qiymətlidir. Burada milli kolorit , xalqımızın XX əsrin əvvəllərinə aid geyim mədəniyyəti, Naxçıvanda fəliyyət göstərmiş musiqi qrupları, otağın quruluşu ustalıqla təsvir olunmuşdur. “Naxçıvan toyu” əsəri Bəhruz Kəngərlinin yaradıcılığında çoxfiqurlu yeganə kompozisiya olmaqla bərabər , həm də sulu boya ilə işlənmiş ən böyük formatlı əsəridir.