Azərbaycan incəsənət tarixinə novator sənətkar kimi daxil olan Bəhruz Kəngərli öz yaradıcılığında şərq rəssamlığının ənənələrinə sadiq qalmaqla yanaşı, qərb incəsənətinin mütərəqqi cəhətlərini də gündəmə gətiribdir. Rəssam, həmçinin gənclərdə sənətə maraq oyatmaq məqsədilə dərnəklər təşkil edərək onlara rəssamlıq dərsləri də keçibdir. Vurğulanıb ki, görkəmli rəssamın irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün dövlətimiz tərəfindən mühüm işlər görülüb. Azərbaycan mədəniyyətinin hamisi, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Bəhruz Kəngərlinin yaradıcılığı layiqli qiymətini alıb, rəssamın adı əbədiləşdirilib.
Anım tədbirində Xalq rəssamı Hüseynqulu Əliyev “Bəhruz Kəngərli naxçıvanlı rəssamların ustadı kimi”, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva “Bəhruz Kəngərli yaradıcılığının janr rəngarəngliyi” mövzularında çıxış ediblər.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.
07.02.2023