Qeyd olunub ki, muzeyin yerləşdiyi tarixi bina XIX əsrin sonlarında tikilib. Müxtəlif illərdə burada qızlar məktəbi, pedaqoji texnikum, tibb məktəbi fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyev ötən əsrin 30-cu illərində burada yerləşən Pedaqoji Texnikumda təhsil alıb. Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulub və burada onun Xatirə otağı yaradılıb. Ümummilli lider Heydər Əliyev 2002-ci ilin iyunun 18-də bu mədəniyyət ocağının açılışında iştirak edib, geniş nitq söyləyib, sənətşünaslara, tədqiqatçi alimlərə rəssamın irsinin tədqiq olunmasına dair dəyərli tövsiyyələrini və tapşırıqlarını verib.
Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Naxçıvanda muzey işinin inkişafı”, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli “Bəhruz Kəngərli ənənələri müasir naxçıvanlı rəssamların yaradıcılığında”mövzularında çıxış ediblər.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.
22.05.2023